Dünya

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb

10 Sentyabr 2023 18:15
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, ölənlərdən daha birinin meyiti Çançaxi çayının yatağında tapılıb. Daha bir nəfərin axtarışlarının aktiv şəkildə davam etdirildiyi qeyd olunub.

Qeyd edək ki, təbii fəlakət avqustun 3-də baş verib. Hadisə ilə əlaqədar avqustun 7-də Gürcüstanda matəm elan edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.