Dünya

Baxmut atəş nəzarətimiz altında qalacaq... - Kalaşnikov

10 Sentyabr 2023 17:31
Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Baxmut istiqamətində kiçik qruplarla hücumlar etsə də, uğursuz alınır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 29-cı artilleriya briqadasının mətbuat katibi Oleq Kalaşnikov deyib.

"Əgər Berxovka və Kleşevkadakı yüksəkliklər götürülsə, Baxmut tamamilə atəş nəzarətimiz altında qalacaq və düşmənin şəhərdə hər hansı manevr etmək imkanları çətin olacaq. Rusiya həm də orada qalan qarnizonunu tam təmin edə bilməyəcək", - Kalaşnikov bildirib.

Onunu sözlərinə görə, Kleşevka azad ediləcəyi təqdirdə Ukrayna ordusu Baxmut yaxınlığında rusların cənub cinahının müdafiəsini məhv etməyə başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.