Dünya

Bloger saxlanıldı

7 Sentyabr 2023 21:08
Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyapərəst bloger Mika Badalyan və "Sputnik Ermənistan" radiosunun icmalçısı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar və hazırda Ermənistan İstintaq Komitəsindədirlər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İlkin məlumatlara görə, hazırda istintaq tədbirləri davam etdirilir, lakin saxlanılmanın səbəbi hələlik açıqlanmayıb.

Mika Badalyan İrəvanda və onun hüdudlarından kənarda terror aktlarının hazırlanması barədə yalan məlumat yaydığına görə həbs edilmişdi, lakin sonradan zaminə buraxılmışdı. Bundan bir müddət əvvəl "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov Mika Badalyan ilə əlaqə saxlamağın mümkün olmadığını yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.