Dünya

Keyn: Bu, Trampı kənarlaşdırmaq üçün idi

4 Sentyabr 2023 18:21
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kapitoliyə hücum ölkədə hakimiyyətin sülh yolu ilə keçidinin qarşısını almaq üçün təşkil edilib. Və bu, ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezident seçkilərində iştirakdan kənarlaşdırılması üçün güclü arqumentdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Demokratlar Partiyasından olan ABŞ senatoru Tim Keyn deyib.

"Fikrimcə, Kapitoliyə hücum konkret bir anda konkret məqsəd üçün nəzərdə tutulub. Bu, konstitusiyamızda təsbit olunmuş hakimiyyətin dinc yolla keçidinin qarşısını almaq üçün lazım idi", - Keyn bildirib.

Qeyd edək ki, D.Tramp ABŞ tarixində həbs edilən ilk eks-prezidentdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.