Dünya

Elektron siqaretlər qadağan ediləcək

4 Sentyabr 2023 15:36
Baxış: 1 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa hakimiyyəti birdəfəlik elektron siqaretləri qadağan etməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Elizabet Born məlumat verib.

O, ölkədə tütün çəkənlərin sayının artdığını qeyd edərək, dövlət orqanlarının 2023-2028-ci illər üçün milli plan çərçivəsində əhali arasında tütün çəkməyin azaldılması üçün konkret tədbirlər görəcəyini vurğulayıb.

"Tütün hər il 75.000 ölümdür, bu, çox böyük rəqəmdir. Hökumət tezliklə tütünə qarşı yeni milli mübarizə planını təqdim edəcək, o cümlədən gənclər arasında siqaret çəkmə vərdişlərini təşviq edən və "paf" kimi tanınan birdəfəlik elektron siqaretlərə qadağa qoyulacaq", - Born bildirib.

O əlavə edib ki, hökumət adi siqaretlərin qiymətini artırmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.