Dünya

Medvedev: “Yaponiya Asiya-Sakit Okean regionunda vəziyyəti ciddi şəkildə çətinləşdirir”

3 Sentyabr 2023 14:01
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaponiya hakimiyyəti Asiya-Sakit Okean regionunda vəziyyəti ciddi şəkildə çətinləşdirən ölkənin yeni hərbiləşdirilməsi istiqamətində kurs aparır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Yaponiyada amerikalı kuratorların dəstəyi ilə hərbi infrastruktur fəal şəkildə genişlənir, xarici silahlar, o cümlədən hücum xarakterli silahlar alınır.

"Yaponiya bu gün unudulmaz tarixi qeyd etdiyimiz tarixdən dərs almalı və İkinci Dünya Müharibəsinin nəticələrini tam tanımalı, üçüncü müharibənin alovlanmasının qarşısını almaq üçün hər şeyi etməlidir. Öz xalqınızın xeyrinə militarist planlardan imtina edin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.