Dünya

Hindistanda qətlə yetirilən məşhur aparıcının basdırıldığı yer peykin köməyi ilə tapıldı - FOTOLAR

26 Avqust 2023 14:09
Baxış: 1 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda təxminən beş il əvvəl itkin düşmüş yerli teleaparıcı Salma Sultananın cəsədinin qalıqları peyk məlumatlarının köməyi ilə tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Çhattisqarh ştatının Korba şəhərinin hüquq-mühafizə orqanları xəbər verib.

Bildirilir ki, 30 yaşlı Sultana 2018-ci ilin oktyabrında yoxa çıxıb. Həmin vaxtdan bəri o, itkin düşmüş hesab edilib.

Ancaq istintaq qətlin versiyasını təsdiqləyən yeni sübutlar tapıb və cinayətkarların izinə düşüb. Şübhəli onun birgə yaşadığı Madhu Sahu və iki ortağıdır.

Polis hesab edir ki, yerli fitnes klubun sahibi 37 yaşlı Sahu sevgilisi Sultana ilə qısqanclıq və maddi məsələ ilə bağlı fikir ayrılığı səbəbindən mübahisə ediblər. Münaqişə nəticəsində Sahu şəriki Kauşal Srivas ilə birlikdə qadını boğaraq öldürüb. Bundan sonra başqa bir ortaq dostunun köməyi ilə Korbada körpünün yaxınlığında basdırıblar.

Hadisədən qısa müddət sonra həmin yerdən magistral yol çəkilib. Buna görə də qalıqları tapmaq üçün müstəntiqlər şübhəliləri sorğu-suala tutublar, peyklərdən, "Google Maps" xidmətlərindən, həmçinin georadarlardan alınan məlumatları diqqətlə təhlil ediblər.

"Biz basdırılan yeri dəqiq müəyyən etmək istədik, çünki magistral yolda qazıntılar çox baha başa gəlir", - deyə yerli polis izah edib.

Nəticədə, Sultanaya aid olduğu ehtimal edilən qalıqlar təxminən 8 metr dərinlikdə mələfəyə bükülmüş halda tapılıb. Hazırda mərhumun şəxsiyyətinin dəqiq müəyyən edilməsi məqsədilə tapılan qalıqların DNT analizi aparılır.

Qətldə şübhəli bilinənlərin hamısı polis tərəfindən saxlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.