Dünya

Priqojinin qalıqlarının DNT müayinəsinin nəticələri...

25 Avqust 2023 21:08
Baxış: 1 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölüm faktını təsdiq edəcək ekspertizaların, o cümlədən genetik ekspertizaların nəticələri hələ hazır deyil".

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov Kremlin Priqojinin ölümünü təsdiq edə bilib-bilməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, hələ ki rəsmi nəticələr yoxdur.

"Rusiya prezidentinin dünənki bəyanatını diqqətlə dinləmisinizsə, o dedi ki, indi bütün lazımi müayinələr, o cümlədən genetik müayinələr aparılacaq. Rəsmi nəticələr hələ ki yoxdur. Onlar hazır olan kimi dərc ediləcək", - deyə Peskov qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.