Dünya

Rusiyalı diplomatın Ermənistana girişinə qadağa qoyulub

24 Avqust 2023 14:44
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rossotrudniçestvo"nun Ermənistandakı filialının keçmiş rəhbəri, diplomat Viktor Krivopuskovun adı bu ölkəyə girişi qadağan edilmiş arzuolunmaz şəxslər siyahısına əlavə edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Erməniləri İttifaqı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbərinə İrəvanın "Zvartnots" hava limanında sərhədi keçməyə icazə verilməyib.

Krivopuskov 2009-2013-cü illərdə "Rossotrudniçestvo"nun Ermənistandakı nümayəndəliyinə rəhbərlik edib, eyni zamanda Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub.

Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının deputatı Konstantin Zatulin, RT və "Sputnik"in baş redaktoru Marqarita Simonyan, eləcə də media meneceri Aram Qabrelyanovun Ermənistana girişi qadağan edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory