Dünya

ABŞ icazə verdi: Almaniya İsraildən bu silahı alır

17 Avqust 2023 17:20
Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Almaniyaya 3,5 milyard dollarlıq müqavilə çərçivəsində İsraildən "Arrou 3" raketdən müdafiə sistemi almağa icazə verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" nəşri yazıb.

İsrail Müdafiə Nazirliyi bildirib ki, ABŞ-ın dəstəyi ilə öhdəlik məktubunun imzalanması mərasimində yüksək səviyyəli İsrail və Almaniya rəsmiləri iştirak edəcək.

Məlumata görə, İsrail və Almaniya parlamentlərinin təsdiqini aldıqdan sonra tam müqavilə 2023-cü ilin sonuna qədər imzalanmağa hazır olacaq.

Qeyd edək ki, "İsrael Aerospace İndustries" tərəfindən istehsal olunan "Arrou 3" zenit raket kompleksi ABŞ və İsralin birgə layihəsidir. Bu sistem ballistik raketləri məhv etməyə qadirdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.