Dünya

BMT-dən Liviya ilə bağlı ÇAĞIRIŞ

16 Avqust 2023 00:33
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) Liviyanın paytaxtı Tripolidə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalara son qoymağa çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, UNSMIL-dən verilən açıqlamada dünən gecədən bəri Tripolidəki qarşıdurmalar və onların mülki şəxslərə təsirlərinin narahatlıqla izlənildiyi bildirilib.

"Zorakılıq münaqişələrin həlli vasitəsi kimi qəbul edilə bilməz. Bütün tərəflər təhlükəsizlik sahəsində bu illər ərzində əldə edilmiş nailiyyətləri qəbul etməli və münaqişələri dialoq yolu ilə həll etməlidir", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Tripolidə "Ər-Rada" qruplaşmasının üzvləri ilə hökumət qoşunları arasında şiddətli döyüşlər başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.