Dünya

Cütlük hava şarında yandı - FOTO

12 Avqust 2023 04:04
Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva vilayətinin Ramenskoye şəhərində 52 yaşlı qadın və əri hava şarı ilə uçuş zamanı yanıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qadın ərinə ad günündə sürpriz etmək üçün Günəşin doğuşunu hündürlükdə birlikdə qarşılamaq istəyib. Lakin ad günü faciə ilə bitib.

Şar havaya qalxdığı zaman alov şlanqı qopub və nəticədə qadının üzərindəki paltar alışıb.

Ağır xəsarətlər alan qadın yanıq mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Ona 1-ci, 2-ci və 3-cü dərəcəli baş, üz, boyun, əllər, sol ayaq və bud nahiyəsinin - bədən səthinin 32% yanıqları, həmçinin yanıq şoku diaqnozu qoyulub.

Kişidə isə bədən səthinin 12%-i yanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.