Ukrayna Silahlı Qüvvələri ilhaq edilmiş Krımla ölkənin Xerson vilayətini birləşdirən Çonqar körpüsünə raket zərbəsi endiriblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, zərbə nəticəsində yolun hərəkət hissəsinin zədələnməsi qeydə alınıb.
Bildirilir ki, raketlərin bir hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Hücumun "Storm Shadow" raketləri ilə həyata keçirildiyi iddia edilir.
Milli.Az