Dünya

Ukrayna və ABŞ arasında mühüm razılaşma...

7 Avqust 2023 08:08
Baxış: 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında görüş baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ciddədə baş tutan görüşdə Ukraynanın müdafiə ehtiyacları, xüsusən də liman infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə sisteminin gücləndirilməsi müzakirə edilib.

Tərəflər sülh formulunun həyata keçirilməsi və Qlobal Sülh Sammitinə hazırlıq kontekstində birgə fəaliyyət barədə razılığa gəliblər. NATO-nun Vilnüs sammitinin yekunları və Ukraynanın alyansa inteqrasiyası istiqamətində gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Yermak Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişin bağlanması üçün ABŞ-la danışıqların başlanmasını müsbət qiymətləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.