Dünya

Tankerin qapağı sürücünün başını deşdi - ANBAAN VİDEO

4 Avqust 2023 23:00
Baxış: 1 896
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Kolomna şəhərində sementdaşıyan maşının (tanker) sürücüsünün faciəli ölüm anının videogörüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tankerin qapağı ona başından "atəş" açıb. 

Məlumata görə, faciə sement zavodunun ərazisində baş verib. Tankerə sement tökülüb, 59 yaşlı sürücü Andrey isə maşının yük qapağını yoxlamaq üçün yuxarı dırmaşıb və onu bərkitməyə başlayıb.

Lakin daxildəki təzyiq səbəbindən güclü zərbə ilə qapaq atıb. Nəticədə sürücünün başı deşilib və o, yerindəcə həyatını itirib.  

Hazırda hadisə ilə bağlı araşdırma gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.