Dünya

Zorlama ittihamı ilə həbsə düşdü - 17 ildən sonra bəraət aldı

29 İyul 2023 09:00
Baxış: 1 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zorlama ittihamı ilə 17 ilini dəmir barmaqlıqlar arxasında keçirən şəxs apellyasiya məhkəməsi tərəfindən bəraət alıb və təqsirli bilinməyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Daily Mirror yazır.

2003-cü ildə o zaman 40 yaşlı Endryu Malkinson Mançester bölgəsində bir qadına təcavüz etməkdə təqsirli bilinib. Həmin şəxs minimum 7 il müddətinə ömürlük həbs cəzasına məhkum edilib. Onun vəkili Edvard Henri deyib ki, məhkəməsi və sonrakı həbsi boyu Malkinson təqsirsiz olduğunu deyərək törətmədiyi dəhşətli cinayətləri etiraf etməkdən imtina edib. Onun sözlərinə görə, məhz buna görə müvəkkilinin cəzasının ilk 7 ili başa çatdıqdan sonra şərti azadlığa çıxmaq əvəzinə daha on il həbs cəzası çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.