Dünya

Həccə getmək üçün yığdığı pulu böcəklər yedi

28 İyul 2023 18:46
Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşlı qadın illərlə pul yığıb, amma gözlənilməz səbəbdən pullarını itirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Malayziyada baş verib. Yaşlı qadın 2024-cü ildə Məkkəyə Həcc ziyarətinə getmək üçün pul yığmağa başlayıb. O, pulunu karton ayaqqabı qutusunda saxlamaq qərarına gəlib.

Nəvəsinin sözlərinə görə, nənəsi 30 min Malayziya rinqiti (təxminən 6,6 min ABŞ dolları) toplaya bilib. Lakin termitlər pulun bir hissəsini yararsız hala salıb.

Nəvəsi qismən salamat qalan pulu Malayziya Mərkəzi Bankına aparmaq istəyir. Onların dəyişə biləcəyinə ümid edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.