Dünya

Rusiya MN gizlədir: rusların real itkisi açıqlandı

17 İyul 2023 17:20
Baxış: 1 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan 2023-cü ilin may ayının sonuna qədər ümumilikdə Rusiya tərəfindən ölənlərin sayı 47 min nəfərə çatıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Meduza"da nəşr olunan məqalədə bildirilir.

Məlumata görə, hesablama üçün miras hallarının reyestrindən və "Rosstat"ın ölümlə bağlı rəsmi məlumatlarından istifadə edilib:

"Mümkün qədər dəqiq desək, 95% ehtimalla, ölənlərin sayı 40-55 min arasındadır. Ağır yaralananlar və işdən çıxarılanlar da daxil olmaqla, Rusiya Silahlı Qüvvələrinin bərpaolunmaz itkilərinin ümumi sayı ən azı 125 min nəfər ola bilər".

Həmçinin bildirilib ki, Ukrayna müharibəsi başlayandan bəri Rusiya Müdafiə Nazirliyi itkilərini hər cəhdlə gizlətməyə çalışır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.