Dünya

Misirdə naməlum xəstəlik yayılır

17 İyul 2023 08:52
Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirin Qena əyalətinin kəndlərindən birinin sakinlərinin xəstəliyinə tutulması həkimləri çaşdırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyi yoluxmuş və ekoloji obyektlərdən nümunələr götürmək üçün ora dəstə göndərib.

Əl-Uleykat kəndində sakinlər naməlum xəstəliklə bağlı kütləvi şəkildə yardım üçün müraciət etməyə başlayıblar. Xəstəlik bütün əhali arasında sürətlə yayılmağa başladı. Qahirə24-ün məlumatına görə, bu günə qədər minə yaxın insan xəstələnib.
Sirli xəstəliyin əsas əlamətləri yüksək hərarət, ağrılar, ishal və qusmadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.