Dünya

Jirinovskinin 1998 çıxışı: Ukrayna bizə arxa çevirsə... - VİDEO

14 İyul 2023 13:58
Baxış: 1 852
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Teleqram kanallarında Vladimir Jirinovskinin 1998-ci ilin fevralında hərbi formada Ukrayna barədə çıxışı yayılıb.

Milli.Az Axar.az-a istinadən bildirir ki, Jirinovski çıxışı zamanı Ukraynanın NATO ilə sıx əməkdaşlıq etməsi və Rusiyaya arxa çevirməsi halında məhv olacağını qeyd edir.

"Heç bir halda biz Ukrayna ilə dostluq və əməkdaşlıq müqaviləsini ratifikasiya etməməliyik. Çünki biz bununla Ukrayna ilə Rusiya arasındakı sərhədi tanıyırıq. Beləliklə, biz Ukraynaya ərazilərin Qərbə verilməsinə başlamağa icazə verəcəyik", - o vurğulayır.

Qeyd edək ki, ötən il ölən Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının sədri və Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.