Dünya

Bu ölkədə də Quran təhqir olundu

11 İyul 2023 16:00
Baxış: 3 303
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyanın cənub-qərbindəki Maulbronn şəhərində naməlum şəxslər Quranı yandıraraq məscidin qarşısına atıblar.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə Almaniyadakı Türk-İslam Dini Qurumlar Birliyi məlumat yayıb.

"Hadisə iyulun 8-nə keçən gecə Memar Sinan məscidində baş verib. Hücum edənlər müsəlmanların müqəddəs kitabını yandırıblar və yanan Quranı hərəkətdə olan maşının pəncərəsindən çölə atıblar. Hadisə müşahidə kameraları tərəfindən lentə alınıb. İnsidentlə bağlı polisə şikayət edilib", - məlumatda deyilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.