Dünya

İtaliya demoqrafik problemlə üzləşə bilər

10 İyul 2023 15:54
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya demoqrafik problemlə üzləşə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ölkə əhalisinin 2070-ci ilə qədər indiki 59 milyondan 47,2 milyonadək azalması gözlənilir.

Odur ki, İtaliyanın demoqrafik gələcəyi kifayət qədər qaranlıq görünür. Heç bir dəyişiklik olmadığı halda yaxın onilliklərdə İtaliya əhalisinin sayı 1/4-ə qədər azalacaq.

Ölkə hökumət başçısı Corcia Meloninin sözlərinə görə, doğum səviyyəsini artırmaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Əhalinin azalmasının 1993-cü ildən başladığını və o vaxtdan bəri hər il qeydə alındığını nəzərə alsaq, demoqrafik siyasətə yenidən baxılmalıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.