Dünya

Müharibəni dayandıracaq yeganə şəxs mənəm

9 İyul 2023 14:53
Baxış: 1 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs mənəm.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp Ayova ştatında tərəfdarları qarşısında keçirilən mitinqdə bildirib.

"Biz üçüncü dünya müharibəsinə doğru gedirik. Bu müharibənin qarşısını ala biləcək şəxs mənəm", - eks-prezident bildirib.

O, bir daha bəyan etdi ki, 2024-cü il prezident seçkilərində qalib gəlsə, 24 saat ərzində Ukraynada müharibəyə son qoyacaq:

"Hər kəs maraqlanır ki, mən bunu edə bilərəmmi. Təbii ki, bacarıram".

ABŞ-ın keçmiş prezidenti Ukrayna böhranında tərəf tutmadığını da vurğulayıb:

"Bilirsinizmi mən hansı tərəfdəyəm? İstəyirəm ki, insanlar ölməkdən əl çəksin, mən kimin tərəfindəyəm".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.