Dünya

Dünya nizamını müharibə yox, yalnız bu ölkə dəyişə bilər

9 İyul 2023 12:54
Baxış: 1 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq dünya nizamına çağırışdır, lakin dünya nizamını yalnız Çin dəyişdirməyə qadirdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

"Rusiya müharibəsi ciddi sınaqdır. Lakin Çin beynəlxalq nizamı dəyişmək niyyətində olan və bunu etmək üçün artan iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik yeganə ölkədir", - deyə Börns bildirib.

MKİ direktoru qeyd edib ki, məsələ Çinin yüksəlişində deyil, onu müşayiət edən hərəkətlərdədir:

"Prezident Si Szinpin üçüncü müddətinə Maodan üzə bəri Çin liderlərindən daha güclü hakimiyyətlə daxil olur. Və bu gücü Çini dəyişdirməyə kömək edən beynəlxalq sistemi gücləndirmək, canlandırmaq və yeniləmək üçün istifadə etmək əvəzinə, Si onu yenidən yazmağa sərf etməyə çalışır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.