Dünya

Putindən Quranın yandırılmasına reaksiya

2 İyul 2023 18:22
Baxış: 2 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin Stokholmda Quranın yandırılmasından danışarkən Böyük Pyotrun komandanlığı altında olan rus ordusunun isveçlilər üzərində qələbəsini xatırladıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı Dərbənddəki məscidə səfəri zamanı vurğulayıb ki, bəzi ölkələrdə Rusiyadan fərqli olaraq dindarların hisslərinə hörmət edilmir və müqəddəs kitabların yandırılması cinayət sayılmır:

"İsveçdə Quran yenidən yandırılıb. Böyük Pyotr onlar üçün kifayət deyil".

O xatırladıb ki, Rusiyada konfessiyalararası nifrətin qızışdırılması qanunla cinayət sayılır. Onun sözlərinə görə, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və qardaşlıq münasibətləri Rusiya xalqının birliyini möhkəmləndirir.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində iraqlı mühacir müsəlmanların müqəddəs Qurban bayramında namaz qılarkən Quranı yandırıb və iki protokol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.