Dünya

İran İsveçə yeni səfir göndərməyəcək

2 İyul 2023 10:22
Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qurani-Kərim"in təhqir olunmasına görə İran İsveçə yeni səfir göndərməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə IRNA Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İran İslam Respublikasının İsveçə yeni səfirinin göndərilməsi üçün inzibati prosedurları tamamlamasına baxmayaraq, "Qurani-Kərim"in təhqir olunmasına görə Xarici İşlər Nazirliyi hələlik yeni səfiri göndərməyəcək.

Daha əvvəl ISNA İranın İsveçə yeni təyin olunmuş səfirinin yola düşməzdən əvvəl XİN başçısı ilə görüşdüyü barədə məlumat yaymışdı.

Yeni səfir Tbilisi və Brüsseldəki səfirliklərdə müxtəlif diplomatik vəzifələrdə çalışıb. O, həmçinin İranın Tacikistandakı səfiri olub.

Qeyd edək ki, İran İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib, İsveç səfiri XİN-ə çağırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.