23:14
Moldovanın paytaxtı Kişineuda hava limanında atəş açan şəxsi ömürlük həbs gözləyir.
Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Moldovanın baş prokuroru İon Muntyanu bildirib.
Hazırda onun mühafizə altında ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.
Baş prokuror əlavə edib ki, istintaq həmin şəxsin digər ortaqlarının olduğunu müəyyən edir.
Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.
Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.
Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş ölkəyə girişi qadağan edilən xarici vətəndaş tərəfindən açılıb. O yaralı halda saxlanılıb.
---------
20:21
Milli.Az xəbər verir ki, Moldovanın baş naziri bildirib ki, Kişinyov hava limanında atəşi Tacikistan vətəndaşı açıb.
----------
19:33
Milli.Az bildirir ki, Kişinyov hava limanında atəş açan şəxs saxlanılıb.
--------
19:28
Moldovanın paytaxtı Kişinyovda aeroportda atışma olub.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bir kişi sərhədçini və sərnişini öldürüb. O, hava limanının binalarından birində barrikada qurub, xüsusi xidmət orqanları hücuma hazırlaşır. O, ölkəyə buraxılmadığı üçün atəş açmağa başlayıb. Moldova nəşrləri hücum edənin "Vaqner"dən olan rus olduğunu iddia edib. İlkin ehtimallara görə, o bir neçə insanı girov götürüb
Aslan
Milli.Az