Dünya

Rusiya hərbçiləri “Vaqner”in Suriyadakı əsas rəhbərlərini həbs etdi

27 İyun 2023 23:42
Baxış: 1 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hakimiyyəti "Vaqner" özəl hərbi birləşməsinin xarici ölkələrdəki özəklərinə qarşı hücuma başlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, artıq birləşmənin Suriyadakı hissələrinin 4 əsas komandiri Rusiya hərbi polisi tərəfindən həbs edilib.

Səudiyyə Ərəbistanının "Əl-Hadas" telekanalının yaydığı məlumata görə, Suriyanın cənubunda "Vaqner"in Əs-Süveytdəki rəhbəri, Hmeym aviabazasında isə digər 3 komandir saxlanıb. Telekanalın mənbələri bildiriblər ki, Rusiya hərbi polisi şirkətin Deyr-əz-Zor, Hame və Dəməşqdəki ofislərində də olublar.

Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinə xarici həmkarlarından Yevgeni Priqojinin özəl şirkətinin ətrafında yaranan vəziyyətlə bağlı həmrəylik müraciətlərinin daxil olduğunu bildirib. Lavrov özü də bir neçə xarici həmkarı ilə bu istiqamətdə müzakirə apardığını qeyd edib.

2022-ci ilin dekabrında Priqojin "Vaqner"in Mərkəzi Afrika Respublikasında dövlət çevrilişinin qarşısını aldığını, Suriyada, Donbasda Rusiyanın dövlət maraqlarını qoruduğunu, öz media imperiyasının köməyi ilə ABŞ-ın Rusiyadakı seçkilərə müdaxiləsinin qarşısını aldığını bildirmişdi. İyunun 23-də isə o, hətta ABŞ-da bir sıra əməliyyat həyata keçirdiklərini bəyan edib.

Bu gün həmçinin Vladimir Putin "Vaqner" qrupuna daxil olan "Konkord" şirkətinin maliyyə fəaliyyətinin yoxlanmasını tapşırıb. Onun dediyinə görə, şirkət bir ildə Müdafiə Nazirliyinin sifarişlərindən 80 milyard rubl gəlir əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.