Dünya

Dünyada narkomanların sayı 296 milyona çatıb

27 İyun 2023 08:33
Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada narkotik istifadəçilərinin sayı son 10 il ərzində 23 faiz artaraq 296 milyon nəfərə çatıb. 2011-ci ildə bu rəqəm 240 milyon nəfər təşkil edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə məlumat BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin (UNODC) hesabatında yer alıb.

Bununla belə, narkotik vasitələrdən istifadə pozğunluğundan əziyyət çəkən insanların sayı 45 faiz artaraq 39,5 milyona çatıb.

Narkomanların sayının artması dünya əhalisinin qismən artımı ilə izah olunsa da, əsas amil ucuz, asan və sürətli istehsalı sayəsində bir çox qeyri-qanuni bazarları kökündən dəyişdirən sintetik narkotiklərin bumudur.

Hesabatda bildirilib ki, gənclər ən həssas qrup olaraq qalır. Afrikada narkomaniyadan müalicə alanların 70 faizi 35 yaşdan aşağıdır. Bununla belə, dünyada insanların yalnız 20 faizi narkotik vasitələrdən müalicə alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.