Almatıda Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq forum təşkil edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazaxıstanın Almatı şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Ata Yurd Nomad" Respublika İctimai Birliyi və Dünya Ahıska Türkləri Birliyinin birgə təşkilatçılığı ilə baş tutan forumda öncə Ümummilli Lider Heydər Əliyevin, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, Abay bölgəsində yanğın zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan, Türkiyə və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini, eləcə də Qazaxıstanla Azərbaycanın dostluq və sıx əməkdaşlıq münasibətlərini əks etdirən videoçarxla davam edib.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türkiyənin Qazaxıstan Respublikasındakı səfiri Mustafa Kapucu, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov, Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatıdakı təmsilçisi Bakıtcan Bulegenov, "Ata Yurd Nomad" birliyinin sədri Süleyman Əhmədov, DATÜB sədri Ziyəddin Kassanov, "Türk Birliyi" jurnalının baş redaktoru Rövşən İsmayılov, digər rəsmi şəxslərin, diaspor və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərdiyini bildiriblər. Yubileyi Türkiyə Respublikasının yaradılmasının 100 illiyinə təsadüf edən Ulu Öndərin türk dünyasının bir araya gəlməsində müstəsna rolundan danışıblar. Heydər Əliyevin ən böyük arzusunun Qarabağın işğaldan azad edilməsi olduğunu xatırladan natiqlər Prezident İlham Əliyevin ata vəsiyyətini böyük bacarıqla yerinə yetirdiyi məmnunluqla vurğulanıb.
Tədbir çərçivəsində "Heydər Əliyev - 100" kitabı və "Türk birliyi" jurnalının Heydər Əliyevə həsr edilmiş xüsusi buraxılışı təqdim edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Ermənistanın bir hissəsi işıqsız qaldı
-
Kaxa Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"
-
Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı
XƏBƏR LENTİ
-
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - nəticələr
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Ermənistanın bir hissəsi işıqsız qaldı
-
21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar
-
Bəzi ərazilərdə işıq kəsiləcək
-
9-cu sinif şagirdi vəfat etdi (Foto)
-
Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
-
Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat
-
Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı (Video)
-
20 kiloqram pomidordan neçə banka tomat pastası çıxır?
-
Himalay və ya qaya duzu deyilmiş: Ən sağlam duz açıqlandı
-
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama - Yenilənib
-
Təranə Səmədovanın uşaq evində olan qızı - (Video)
-
Kaxa Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"
-
Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)
-
Füzulinin iki kəndində güclü yanğın başlayıb (Foto)
-
Məhəmməd Salah “Trabzonspor”da
-
Bu tarixdən havalar dəyişir - İstilər bitir
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Tanınmış həkimin səs yazısı yayıldı - iddia
-
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
-
Kirayə mənzillər cəmi 16 dəqiqədə bitdi
-
3 mindən çox sakin susuzluqdan əziyyət çəkir
-
Bakıda "yararsızdır" qərarı verilən gənci əsgər aparıblar? - Agentlik məsələyə aydınlıq gətirdi





