Dünya

Silahlı Ukrayna əsgərləri Rumıniyaya daxil oldu

19 İyun 2023 08:54
Baxış: 1 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın 3 nəfərdən ibarət sərhədçisi qeyri-leqal miqrantları təqib edərkən yanlışlıqla Rumıniya ərazisinə daxil olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rumıniya nəşrləri məlumat yayıb.

Bildirilib ki, silahlı Ukrayna əsgərləri Raxova rayonu ərazisindən Vaser çayını keçərək Rumıniyaya daxil olublar.

İddia edilir ki, ukraynalılar hava şəraitinin pis olması səbəbindən ərazidə öz mövqelərini itiriblər və sərhədi keçdiklərini anlamayıblar. Sonda onları Maramureş bölgəsinin sərhəd polisi tapıb.

"Üç Ukrayna vətəndaşı müdafiə üçün Rumıniya dövlətinə müraciət edib və belə hallarla bağlı müvafiq prosedurlar həyata keçirilib. Ukrayna ekipajı qanuna və iki ölkə arasında bağlanmış ikitərəfli razılaşmaya uyğun olaraq, Ukrayna ərazisinə qayıdıb", - bu barədə Rumıniya sərhəd xidmətinin regional idarəsinin sözçüsü Yuliya Stan bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.