Özbəkistanın birinci Prezidenti İslam Kərimovun oğlu Pyotr Kərimov atasının dul arvadı Tatyana Kərimovanı vərəsəlik hüququ üçün məhkəməyə verəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, Özbəkistan Ali Məhkəməsinin məlumatına görə, birinci instansiya məhkəməsi iyunun 26-na təyin edilib.
İslam Kərimov 1991-ci ildən 2016-cı ildə vəfatına qədər Özbəkistanı idarə edib. Rəsmi olaraq, Tatyana Kərimova ilə evliliyindən onun iki qızı - Gülnarə və Lola anadan olub.
Pyotr Kərimov İslam Kərimovun 2008-ci ildə Daşkənddə vəfat edən Natalya Kuçmi ilə qeyri-rəsmi nikahından olan böyük oğludur.
Milli.Az