Dünya

Ordumuzun önündə bu rus briqadası dayanıb - Jorin

11 İyun 2023 17:20
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baxmut yaxınlığında Ukraynanın Üçüncü Əlahiddə Hücum Briqadası irəliləyişə nail olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Azov" alayının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin bildirib.

O qeyd edib ki, ruslar şəxsi heyətin, döyüş sursatlarının və aviasiyasının sayı baxımından hələ də böyük üstünlüyə malikdir:

"Bununla belə, biz düşmənin qurmağa çalışdığı müdafiədə zəifliklər tapırıq və onları orada vururuq".

Jorinin sözlərinə görə, ordu "Fırtına Z"dən cəlb edilmiş məhkumlar tərəfindən gücləndirilib:

"Ancaq Ukrayna ordusunun qarşısında əsasən Rusiyanın 57-ci briqadası dayanıb".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.