Dünya

Pentaqon Ukraynaya 2 milyard dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır

9 İyun 2023 08:36
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pentaqon Ukrayna üçün hava hücumundan müdafiə sursatları da daxil olmaqla, dəyəri 2 milyard dollardan çox olan silah paketini açıqlayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Vəsait raket buraxılış qurğuları və "Hawk" raketlərinin, həmçinin "Patriot" hava hücumundan müdafiə sistemi üçün iki növ təkmilləşdirilmiş raketlərin alınmasına sərf olunacaq.

Bundan əvvəl xəbər verilmişdi ki, Pentaqonun rəhbəri Lloyd Ostin iyunun 15-də Brüsseldə Ukrayna üzrə təmas qrupunun iclasını keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.