Dünya

Almaniya Ukraynaya yeni hərbi yardım paketi verib

7 İyun 2023 21:23
Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən, 8 ədəd "Bandvagn 206" - hər yerdə hərəkət edə bilən tırtıllı texnika təqdim edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytı xəbər yayıb.

Hökumətin məlumatına görə, yardım paketinə həmçinin "Gepard" özüyeriyən zenit kompelksi üçün 2 000 ədəd sursat da daxildir.

Bundan əlavə, Almaniya 14 ədəd VECTOR kəşfiyyat dronu, 16 ədəd sərhəd maşını, 3 anti-dron sistemi, 2 ədəd "8x6 HX81" yük maşını, 2 ədəd qoşqu və 11 000 quru qida payı verib.

Ümumilikdə Almaniya Ukraynaya 64 ədəd "Bandvagn 206" tırtıllı maşın tədarük etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.