Dünya

İran XİN: 7 il sonra Səudiyyə Ərəbistanında diplomatik nümayəndəlik açılacaq

6 İyun 2023 08:15
Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin pozulmasından 7 il sonra Tehran krallıqdakı diplomatik ofislərini yenidən açacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

Kənaninin sözlərinə görə, iyunun 6 və 7-də İranın Ər-Riyaddakı səfirliyi, Ciddədəki baş konsulluğu və ölkənin İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəliyi öz işini bərpa edəcək.

Diplomat əlavə edib ki, səfirlik və baş konsulluq artıq Səudiyyə Ərəbistanında iranlı zəvvarların vəziyyətini yüngülləşdirən məsələləri həll etməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.