Dünya

Kral Uelsdəki evindən imtina edir - FOTO

6 İyun 2023 01:30
Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya kralı III Çarlz Uelsdə 15 ildən çoxdur icarəyə götürdüyü evdən imtina edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bukingem Sarayının təsdiq etdiyi kimi, monarx bu il başa çatan icarə müddətinin bitməsi barədə Hersoqluğa məlumat verib.

Bildirilib ki, kralın orada vaxt keçirmə ehtimalı çox azdır.

Kral III Çarlzın varisi, Uelsin yeni şahzadəsi Uilyam bu yaşayış sahəsinə varis olmayacaq. O, Uelsə səfər edərkən yerli iqtisadiyyatı dəstəkləmək üçün hotellərdə qalacaq.

Ehtimal olunur ki, kral tərəfindən uzunmüddətli icarəyə xitam verildikdən sonra bu mülk kommersiya əsasında fərdi şəxslərə icarəyə veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.