Dünya

Zelenskidən Rusiyaya qarşı sanksiyalara qoşulmayanlara XƏBƏRDARLIQ

4 İyun 2023 23:45
Baxış: 1 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski bəzi ölkələrin Rusiyaya qarşı sanksiyalardan yayınmasının təhlili ilə bağlı iclas keçirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Zelenski "Telegram" kanalında videomüraciət yayımlayıb.

Görüşdə Ukrayna kəşfiyyatının və hökumətinin nümayəndələrinin iştirak etdiyi bildirib.

"Biz Rusiyanın sanksiyalardan necə yan keçdiyini və ona kimin kömək etdiyini ətraflı təhlil etdik", - deyə Ukrayna lideri bildirib.

Zelenski deyib ki, Kiyevdə sanksiyalardan yayınanların hər bir hərəkəti izlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.