Dünya

Britaniya müdafiə naziri Rusiya silahlarını alanları onu geri qaytarmağı tövsiyə edib

3 İyun 2023 13:18
Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya Müdafiə Nazirliyinin rəhbəri Rusiya silahlarını idxal edənlərə onu geri qaytarmağı tövsiyə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə nazir Ben Uolles Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik konfransında bildirib.

Onun sözlərinə görə. Rusiyada istehsal olunan silahlar keyfiyyət standartlarına cavab vermir.

Bunun üçün də idxalçı ölkələrə onları geri qaytarmağı tövsiyə edib.

"İştirak edənlər arasında Rusiya silahlarına külli miqdarda pul xərcləyənlər varsa, mən sizin yerinizdə olsaydım, onu satıcıya qaytarardım. Ukraynada gördüklərimi nəzərə alaraq, sizdən xahiş edərdim ki, pulunuzu xərcləməyəsiniz", - deyə nazir qeyd edib.

Uolles NATO ölkələrinin istifadə etdiyi silahların dünyanın ən yaxşılarından biri olduğuna əmin olduğunu bildirdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.