Dünya

Yeni virus təhlükəsi barədə vətəndaşlara xəbərdarlıq edildi: Səyahətlərinizi təxirə salın!

3 İyun 2023 17:20
Baxış: 1 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Körfəz ölkələri öz vətəndaşlarından "Marburq" virusunun müşahidə olunduğu Afrika ölkələri Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

"BƏƏ vətəndaşlarına "Marburq" virusunun aşkarlandığı Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını tövsiyə edirik", - deyə açıqlamada qeyd olunub.

Nazirlik hazırda Tanzaniya və Ekvatorial Qvineyada olan BƏƏ vətəndaşlarına diqqətli olmaları barədə xəbərdarlıq edib və səlahiyyətli qurumlar tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Həmçinin Küveyt Səhiyyə Nazirliyindən verilən açıqlamada "Marburq" virusu nəzarət altına alınana qədər Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərdən çəkinməyə çağırış edilib.

Sözügedən ölkələrdə və qonşu ölkələrdə olan Küveyt vətəndaşlarına yerli səhiyyə orqanları tərəfindən elan olunan təhlükəsizlik tədbirlərinə əməl etmələri tövsiyə olunub.

Bəhreyn Səhiyyə Nazirliyi də "Marburq" virusu ilə bağlı hadisələri yaxın nəzarət altında saxladıqlarını nəzərə çatdırıb. Eyni zamanda bildirilib ki, Tanzaniya və Ekvatorial Qvineyaya birbaşa uçuşlar olmadığı üçün virusun Bəhreynə keçmə riski azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.