Dünya

Ərdoğan 3 ay ərzində bu şəxslə görüşə bilər

1 İyun 2023 07:14
Baxış: 1 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Misir liderləri qarşıdakı 3-6 ay ərzində görüşə bilərlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Misirdəki müvəqqəti işlər üzrə vəkili Saleh Mutlu Şen deyib.

"Prezident Sisinin Ərdoğana göndərdiyi təbrik mesajı və iki lider arasında telefon söhbəti dostcasına atılmış bir addım idi. Bu addımın əlaqələrdə irəliləyişə köklənmiş güclü siyasi arzunun ifadəsi olduğunu söyləyə bilərəm. Diplomatik əlaqələrin səfir səviyyəsinə qaldırılması razılaşdırıldı. Yəni, iki lider arasında sammit olacaq. Mən şəxsən görüşün 3-6 ay ərzində olacağını düşünürəm. Prezident Ərdoğanın sıx qrafiki olacaq. Bu ilin sonuna qədər Ankara, yaxud Qahirədə bir araya gələ bilərlər", - deyə diplomat bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.