Dünya

Baş Kəşfiyyat İdarəsinin rəisi açıqladı: Tezliklə əks-hücum başlayacaq

23 May 2023 21:54
Baxış: 1 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna əks-hücuma keçmək üçün lazımi minimum silaha malikdir. Lakin işğalçıları ərazilərdən sıxışdırıb çıxarmaq üçün daha çox silah, o cümlədən Qərb qırıcıları lazımdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

"Bir çox dinc sakin hələ də Rusiyanın işğalı altındadır və artıq itirməyə vaxtımız yoxdur. Bizdə artıq lazımi minimum silah var. Yalnız onu deyə bilərəm ki, bu (əks-hücum - red.), tezliklə başlanılacaq", - Budanov vurğulayıb.

Eyni zamanda o, işğal olunmuş ərazilərin azad edilməsi üçün ölkəsinin daha çox silah, xüsusən də qırıcılara gərək duyduğunu diqqətə çatdırıb:

"Biz Rusiyanı öz ərazimizdən çıxarmalıyıq. Bu məqsədə çatmaq üçün bütün güc və vasitələrdən istifadə etməliyik. Əməliyyatı uğurla uzatmaq üçün bizə böyük silah və sursat ehtiyatı lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.