Dünya

Çavuşoğlu: "Onun vədindən sonra Türkiyəyə gələn rus turistlərin sayı azalıb"

21 May 2023 19:55
Baxış: 1 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun Rusiyaya embarqo qoyulacağı ilə bağlı vədindən sonra Türkiyəyə səyahət edən rus turistlərin sayı 10 faizə enib.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin bildirib ki, rus turistlərin sayının azalmasının səbəbi müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə ölkələrinə geri dönə bilməyəcəkləri ilə bağlı düşüncələridir.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyəni ziyarət edən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq 8 milyon 181 min 566 nəfər təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.