Yeddilik Qrupu (G7) və Aİ ölkələri Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə Rusiya boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bazar günü "Financial Times" G7 liderlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniya kimi ölkələrə boru kəməri qazının ixracının bərpasının qarşısını almalıdır.
Moskvanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə faktiki olaraq kəsilib.
Milli.Az