İqtisadiyyat

Azərbaycanda “Dərhal buraxılış” sistemi tətbiq ediləcək

5 Dekabr 2025 16:51
Baxış: 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sistemi tətbiq ediləcək.

Milli.Az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Etibarlı Tərəfdaş Konsepsiyası"nda öz əksini tapıb.

Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sisteminin tətbiqi ilə əlaqədar normativ hüquqi bazanın formalaşdırılması, "Dərhal buraxılış" sisteminin tətbiqi üçün texniki və idarəetmə infrastrukturunun formalaşdırılması, "Dərhal buraxılış" sisteminin tətbiqi üçün texniki və idarəetmə infrastrukturunun formalaşdırılması, "Dərhal buraxılış" sisteminin tam istifadəyə verilməsini həyata keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.