İqtisadiyyat

Etibarlı tərəfdaşlar üçün maliyyə dayanıqlılığına dair mexanizmlər gücləndiriləcək

5 Dekabr 2025 16:54
Baxış: 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda etibarlı tərəfdaşlar üçün maliyyə dayanıqlılığına dair mexanizmlər gücləndiriləcək.

Milli.Az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Etibarlı Tərəfdaş Konsepsiyası"nda öz əksini tapıb.

Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Kömrük Komitəsi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə gömrük ödənişlərinin hissə-hissə ödənilməsini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması və gömrük ödənişlərinin hissə-hissə ödənilməsini təmin edən çevik və şəffaf sistemin qurulmasını həyata keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.