Dünya

Tramp bu dəfə onları barışdırdı - FOTO

5 Dekabr 2025 16:49
Baxış: 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Afrika liderləri Konqo Demokratik Respublikası və Ruanda arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan yeni sülh və iqtisadi əməkdaşlıq sazişini mühüm fürsət adlandırıblar.

Milli.Az xəbər verir ki, saziş şərqi Konqoda M23 üsyançılarının səbəb olduğu qeyri-sabitliyi aradan qaldırmağı və regionda davamlı sülh yaratmağı hədəfləyir.

Ruanda Prezidenti Pol Kaqame ABŞ-ın rolunu yüksək qiymətləndirərək bildirib ki, Prezident Tramp "sülh üçün yaranmış fürsəti dərhal görüb və bundan istifadə edib". O, əvvəlki vasitəçilik cəhdlərinin nəticə vermədiyini vurğulayıb və yeni sazişin "münaqişəyə birdəfəlik son qoymaq üçün lazım olan hər şeyi" təqdim etdiyini deyib.

Kaqame əlavə edib ki, sazişin gələcəkdə pozulması halında məsuliyyət yalnız regional tərəflərin üzərinə düşəcək:
"Biz firavan və sabit gələcəyə inamla baxmaq istəyirik".

Konqo Prezidenti Feliks Tşisekedi sənədi "dönüş nöqtəsi" adlandıraraq bildirib ki, bu, sadəcə növbəti razılaşma deyil, zorakılıq və köçkünlük dövrünü arxada qoyacaq yeni iqtisadi və sosial əməkdaşlıq mərhələsidir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.