Dünya

Pakistan Ali Məhkəməsi həbs olunan İmran Xanla bağlı qərar verdi

11 May 2023 21:40
Baxış: 1 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistan Ali Məhkəməsi keçmiş baş nazir və müxalif "Ədalət uğrunda hərəkat" partiyasının lideri İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Geo" TV məlumat yayıb.

Məlumata görə, məhkəmə siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verib.

Xatırladaq ki, Pakistanın keçmiş baş naziri İmran Xan vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham olunur.

Bundan əlavə, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə də ittiham irəli sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.