Dünya

Britaniya Ukraynaya “Storm Shadow” verdi

11 May 2023 20:00
Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Ukraynaya bir neçə "Storm Shadow" qanadlı raket göndərib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Ukrayna ordusunun Rusiya işğalçılarına qarşı çoxdan gözlənilən əks-hücum ərəfəsində hərbi qabiliyyətini gücləndirib.

"Storm Shadow" ("Fırtına Kölgəsi") uzaqmənzilli qanadlı raketlərini Böyük Britaniya və Fransa birgə hazırlayıb, uzunmənzilli qanadlı raketdir. O, 250 km və ya 155 mil uzaqlıqda yerləşən hədəfləri vura bilir.

ABŞ-ın adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, raket "əsl oyun dəyişdiricidir" və Kiyevə müharibə başlayandan bəri istədiyi döyüş qabiliyyətini verə bilər.

Məlumata görə, hazırda ABŞ-ın Ukraynaya göndərdiyi silahların maksimal məsafəsi təxminən 49 mil və ya təxminən 80 km-dir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.