Dünya

"Gənclər orduya getməmək üçün hər şey edir"

8 May 2023 23:41
Baxış: 1 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün oğlan uşaqlarını həqiqi hərbi xidmətdən yayındırmaq üçün ailələr əllərindən gələn hər şeyi edirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni aktyor Qrant Toxatyan 3-cü Ordu Korpusunun keçmiş komandiri, külli miqdarda daşınmaz əmlakın leqallaşdırılmasına (çirkli pulların yuyulmasına) görə cinayət məsuliyyətinə cəlb edilən general-mayor Qriqori Xaçaturovun (KTMT-nin Baş katibi olmuş Yuri Xaçaturovun oğlu) məhkəmə prosesinin önündəki aksiyada mediaya deyib.

O bildirib ki, əvvəllər də ordudan yayınma halları olub, amma nadir hallarda:

"Bu gün isə gənclər ümumiyyətlə orduda xidmət etmək istəmirlər. Söhbət çoxluqdan gedir, təbii ki, hər zaman hazır olan vətənpərvərlər var. Əgər ordunu bu cür gözdən salırlarsa, deməli, sabah bizdə çağırışçılar olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.